İraq Müqaviməti tərəfindən Hayfaya pilotsuz təyyarə hücumu

İraq İslam Müqaviməti işğal olunmuş ərazilərdəki Hayfa limanına pilotsuz təyyarə ilə hücum həyata keçirib.

İraq İslami Müqaviməti yazılı açıqlamada bu gün səhər PUA-larla İsrail rejiminin həyati hədəfini vurduğunu bildirib.

“İslami müqavimət döyüşçüləri Qəzza xalqına kömək etmək və qəsbkar rejimin Fələstin mülki vətəndaşlarına, o cümlədən qadın və uşaqlara qarşı törətdiyi cinayətlərə cavab olaraq, bu səhər işğal olunmuş ərazilərdəki Hayfada pilotsuz uçan aparatla mühüm hədəfi vurublar."

İraq İslami Müqaviməti də İsrailə qarşı əməliyyatlarının davam edəcəyini vurğulayıb.