Fələstin Hökumətinin Qəzzə üzrə İnformasiya Ofisi bəyanat yayaraq bildirib ki, rejim ordusu Qəzzə zolağında dinc əhaliyə qarşı ən ağır cinayətləri törətməkdə davam edir. Onların arasında 1 milyon 700 mindən çox fələstinli mülki şəxsin məcburi köçkün salınması cinayətini qeyd etmək olar.
Bu bəyanatda əlavə olunur ki, İsrail rejim Fələstin vətəndaşlarını öldürməklə, bombalamaqla və beynəlxalq səviyyədə qadağan olunmuş və istifadəsi insanlıq əleyhinə cinayət sayılan silahlardan istifadə etməklə hədələyərək evlərini tərk etməyə və məcburi köçkünliyə məcbur edir. Bu hərəkət heç bir şübhəyə yer qoymur ki, sionist rejim qəsdən və əvvəlcədən hazırlanmış plan əsasında Qəzzə zolağındakı Fələstin vətəndaşlarını və cəmiyyətini Qəzzə zolağının heç onda biri də olmayan çox kiçik bir ərazidə toplayaraq onları boğmağa çalışır.
Qəzzədə 1 milyon 700 min fələstinli köçkün düşüb
Fələstin hökumətinin Qəzzə üzrə İnformasiya Ofisi çərşənbə günü axşam saatlarında İsrailin bu zolaqda 1 milyon 700 min fələstinlini didərgin saldığını bildirib.