Apellyasiya Məhkəməsi üç təşkilatın əmlakına qoyulmuş həbsi qüvvədə saxlayıb

İyunun 3-də Bakı Apellyasiya Məhkəməsi Toplum TV, Demokratik Təşəbbüslər İnstitutu və "III Respublika Platforması"nın ofislərində əmlaka həbs qoyulmasından verilmiş şikayətə baxıb.

Onların əmlakına mayın 23-də Xətai Rayon Məhkəməsi tərəfindən həbs qoyulub.

Apellyasiya şikayətində ofislərdə bu cinayət işi ilə əlaqəsi olmayan şəxslərin əşyaları da olduğuna görə həbsin əsassız olduğu bildirilirdi. Bundan başqa, qeyd olunan əmlakdan hər hansı cinayətdə istifadə olunmayıb.

Həbs və ofislərin bağlanması bu vətəndaş cəmiyyəti təşkilatlarının və Toplum TV internet nəşrinin işini iflic edib.

Bu cinayət işi üzrə üç qurumdan 9 nəfər məsuliyyətə cəlb olunub - 7 nəfər həbs olunub, iki nəfər isə polis nəzarətinə verilib.

 

Turan.az