Müdafiəsi dəf olunan uşaqlar

Həyatı bu dəcəl fidanlar olmadan bir anlıq təsəvvür etmək belə insanda dəhşət yaradır. Hər bir ailənin sevinci, həyat ruhu, sevgi mənbəyi, bir sözlə gözəlliklər dolu aləmi uşaqlardır. İlahinin insana özəl nemət olaraq bəxş etdiyi bu gözəllikləri görüb, duyub yaşamaq bir qəlbi necə səadətə yetirdiyini sözlə ifadə etmək sözün həqiqi mənasında çətindir.
Eyni halda uşaqsız, körpəsiz ailələrin nə qədər çətin və məşəqqətli bir iztirab yaşaması, yalnızlıq acısına tutulması hər birimizin müşahidə etdiyi kövrək bir iztirabdır. Bəzən övlad həsrətinin müşahidəsi bizə verilən ilahi əmanətin necə böyük dəyərə malik olduğunu anladarkən, onların qorumasında üzərimizdə olan vəzifələrimizi də bizə göstərməyə bilmir.
Uşaqların müdafiəsi ailədən, onun valideynlərindən başlayaraq beynəlxalq təşkilatların qorumasına qədər müxtəlif qürumların nəzarətində saxlanılan əsas məsələdir. Heç təsadüfi deyil ki, dünya miqyasında bunun üçün neçə-neçə orqanlar uşaqları diqqətdə saxlamaqda davam edir.
Təəssüflə qeyd edilməli bir nöqtədən başqa! Sayları minləri ötən, 20 minə yaxınlaşan Fələstinin körpələrinin qoruma altından kənar faciəvi şəkildə öldürülməsi bu gün müdafiəsi günü olan uşaqların dünyasından sanki onları uzaq saxlayıb. Bütün bəşər yüzdən artıq Rəfah qaçqın düşərgəsində İsrail tərəfindən yandırılaraq qətlə yetirilən uşaqların közə dönmüş cənazələrini seyr edir. Analar fəryad edir, atalar çarəsizdir, lakin beynəlxalq təşkilatların susqunluğu daha böyük dəhşət, daha acı faciədir.
Amerika İsrail mütəffiqliyi bu günü artıq rəqəmləri müəyyən olunmayan Qəzza dramına dünyanı lal edincə qorumasına ümid düşünülən uşaqların sabahı hansı müdafiə sərhədləri arasında olacağı sualı narahatlıqla qarşılanır. Sanki dünyada uşaq qoruması Amerika və İsrailə müttəfiq olan ölkələrdə müdafiə olunacaq uşaqların varlığını bir daha ortaya qoyur.
Mövcud rəqəmlər bir neçə il öncə Yəməndə acından can verən uşaqların yaşadığı faciədə də özünü göstərmişdi. O zaman da beynəlxalq təşkilatlar Amerika siyasətinə tabe olmayan Yəmən körpələrini qida başda olmaqla hər növ məhrumiyyətlərə məruz qoyaraq öldürtmüşdü. 
Günümüzün Fələstin uşaqları da dünyanın, minlərlə heyvansevənlərə dəstək verək beynəlxalq təşkilatların gözü önündə Fələstin uşaqlarının acı faciəsində kor olaraq müdafiəsi dəf olunaraq öldürülür. Həm də ən dəhşətli işgəncələr, insanlığa zidd davranışlarla.
Bu gün Uşaqların Beynəlxalq Müdafiə Günüdür. Təbii ki, bütün uşaqların yox!