2024-cü ilin yanvar-fevral aylarında Çin neft hasilatını illik müqayisədə 2,9 % artıraraq 35,11 milyon tona çatdırıb.
Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.
Bununla yanaşı, ölkə bu növ yanacağın idxalını 5,1 % artıraraq 88,31 milyon ton neft alıb.
Eyni zamanda, bu dövrdə Çində kömür hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % azalaraq 710 milyon tona düşüb. Bununla belə, kömür idxalı 22,9 % artaraq 74,52 milyon ton təşkil edib.
Enerji sektorunda Çinin ən böyük müəssisələri 2024-cü ilin ilk iki ayında elektrik enerjisi istehsalını 8,3 % artıraraq 1,49 trilyon kVt/saata çatdırıblar. İstilik enerjisi istehsalı 9,7 %, su elektrik enerjisi istehsalı 0,8 %, atom və külək elektrik stansiyaları istehsalı müvafiq olaraq 3,5 % və 5,8 % artıb.
Report
Çin neft hasilatını artırıb