Noyabrın 23-də saxta ittihamla 17 il müddətinə azadlıqdan məhrum edilən ruhani Şeyx Sərdar Hacıhəsənli barəsindəki hökmdən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Şeyx Sərdarın vəkili bir sıra vəsatətlər qaldırıb.
İş apellyasiya baxışına təyin edilib. Növbəti məhkəmə iclası dekabr ayının 1-də saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin oktyabr ayında həbs olunub.
Şeyx Sərdar Babayevə qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Lakin Şeyx Sərdar Hacıhəsənli həbsini İranla Azərbaycan arasında gərginləşən münasibətlərlə bağlı olduğunu bildirib. Özünü təqsirli bilməyib və ittihamları qətiyyən qəbul etmir, İfadə verməkdən də imtina edib.
Şeyx Sərdar Hacıhəsənlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb