Bakıda Fələstinə dəstək verən xanımlar cərimə olunaraq sərbəst buraxılıb

18 Noyabr Bakının mərkəzində Fələstin bayrağını şarlarla birlikdə göylərə qaldıran xanımlar, Arzu Hüseynova və Nübar Həsənova iki gün sonra 25-ci Polis bölməsinin polisləri tərəfindən saxlanılıblar. Polislər tərəfindən kimlikləri müəyyən edilən xanımlar evlərindən saxlanılaraq idarəyə gətirilib. Bu barədə məlumatı saxlanılan xanımların yaxınları bildirib.

Xanımlar idarədə dindirilən zaman onlar Fələstində günahsız öldürülən körpələrin müdafiəsinə qalxdıqları və onlara dəstək nümayiş etdirdikləri üçün mövcud aksiyanın icrasına qalxdığını bildiriblər.

Bir neçə saat polis idarəsində saxlanıldıqdan və izahatları alındıqdan sonra hər iki xanım 150 manat cərimə edilərək sərbəst buraxılıb.