​​​​​​​Yeni penitensiar kompleksə yaxın günlərdə 1300 məhkum köçürüləcək

1300 nəfər məhkumun cəzaçəkməsi üçün nəzərdə tutulan kompleksə köçürülməsi yaxın günlərdə baş tutacaq.

Bu sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov deyib.

O bildirib ki, cəzaçəkmə müəssisəsinin müşaiyətedici konveyer dəstəsi olacaq:

"Eyni zamanda onları mühafizə edici bölük nəzərdə tutulub. Əsgərlərin qalma yeri və qidalanması üşün nəzərdə tutulan yerlərlə də tanış oldunuz. Məqsəd cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraitini beynəlxalq standartlara uyğunlaşdırılmasıdır".

 

APA