Ənsarullah İsrailə məxsus gəmini ələ keçirib

Əl Hadath telekanalı Ənsarullahın İsrail yük gəmisini ələ keçirdiyini bildirib.

Yəməndə daha əvvəl “İsrail şirkətlərinə məxsus gəmiləri hədəf alacağını” açıqlayan Ənsarullah təhdidi gerçəkləşdi.

“Əl Hadath” telekanalı öz mənbələrinə istinadən xəbər verir ki, Yəmənin “Ənsarullah” hərəkatının Ədən körfəzində İsrailə məxsus “Galaxy Leader” yük gəmisini ələ keçirib. Gəmidə 22 israilli ekipaj üzvü olub. Əl Məyadin kanalı gəmidəki 55 ekipaj üzvünün əsir götürüldüyünü açıqlayıb.