Azərbaycan futbolçuları İsveçə böyük hesabla qalib gəlib

Futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsində İsveç komandasına 3-0 hesabı ilə qalib gəlib. 

Toplum TV xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmaın ilk 6 dəqiqəsində yerli futbolçular rəqib qapısına 2 top vurublar. 57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulsa da, Azərbaycan yığması nəinki qələbə hesabını qoruya bilib, hətta 89-cu dəqiqədə daha bir qol vurub.

Beləliklə, milli komanda tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. 

Azərbaycan yığması bu nəticə ilə qrupda İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki komandanın hazırda 7 xalı var.