Kamran Fərat sərbəst buraxılıb (yenilənib)

Səhər saatlarında saxlanılan Kamran Fərat bir neçə saatdan sonra sərbəst buraxılıb. Məlumatı onun ailəsi verib. Belə ki, ərazi polis idarəsinə aparılan məddah dindirildikdən sonra sərbəst buraxılıb.

Məlumat üçün deyək ki, saxlanılmasından bir neçə dəqiqə sonra ailəsi Kamranın saxlanılma video görüntülərini sosial media üzərindən yaymışdı. Ardıca isə Kamranın həbsindən iki ay öncə video çıxışı yayımlanmışdı. Hansı ki, məddah bir neşə ay öncə barəsində yayılan həbs şaiyəsinə toxunaraq onu "cəsus" kimi qələmə vermək istəyənlərin addımlarını təxribat adlandırmış və özünün bir inanclı olaraq vətənpərvərlik mövzusunda yazdığı ilahilərə diqqət çəkmişdi. 

 

 

__________________________________________

 

Məddah Kamran Kərimov (Fərat) saxlanılıb. Bu barədə məlumatı onun ailəsi bildirib. Noyabrın 16-sı səhər saatlarında yaşadığı ünvana gələn mülki geyimlilər məddahı yatağında həbs ediblər. Sosial media üzərindən yayılan video görüntülər Kamran Fəratın saxlanılma anlarını özündə əks etdirib.

Xatırladaq ki, hələ bu ilin aprel ayında Kamran Fəratın həbs olunması barəsində mediada məlumat paylaşılmışdı. Sonradan ailəsi bu xəbərin yalan olması barədə məlumat verərək xəbəri yalanlamışdılar. Bu səhər isə inanclıların geniş həbs dalğası sırasına Kamran Fəratı da əlavə edib.

Kamran Fərat Azərbaycanda tanınan və sevilən dini ilahilərin bəstəkarı və ifaçısıdır. Onun bəstə və ifaları sırasında “Müsəlman Birliyi Hərəkatının himni” də yer almaqdadır.