Yaxın Şərqdəki münaqişə genişlənə bilər.
Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Livanın “Hizbullah” hərəkatının Baş katibinin müavini Naim Qasim bəyan edib.
“Müharibənin yayılmasına gəlincə isə, belə bir ehtimal mövcuddur”, – deyə o bildirib.
O, İsrail-Livan arasındakı sərhəddə vəziyyətin gərginləşməsinin fonunda “total müharibənin” mümkünlüyünə dair sualın cavabında qeyd edib ki, bu, Qəzzadakı müharibənin gedişatı və İsrailin bu ümumi müharibəni başlatmaq qərarından asılıdır.
Hərəkat rəsmisi deyib ki, “Hizbullah”ın İsrailin hücumuna nə cür cavab verəcəyi və onun qarşısını nə cür alacağı ilə bağlı planı var.
“Əgər bizə hücum etsələr, müdafiə olunmalı olacağıq və biz bütün qüvvəmizi hərəkətə gətirəcəyik”, – deyə o əlavə edib.
“Hizbullah”: Münaqişə genişlənə bilər