Sədr: İsrailə dəstək verən ABŞ-ın Bağdaddakı səfirliyi bağlanmalıdır

İraq Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr yazılı açıqlamasında bir daha ABŞ-ın Bağdaddakı səfirliyinin İsrailə verdiyi dəstəyə görə bağlanması çağırışını təkrarlayıb. Sədr 10 bənd altında dərc olunan bəyanatında İsrailin cinayətkar kimi tanınmasını tələb edib.

Sədr ABŞ kimi İsraili dəstəkləyən ölkələrin sərt şəkildə təhdid edilməsini istəyib və deyib: “… Xüsusilə də onun ən böyük dəstəkçisi olan ABŞ-ı İslam və ərəb ölkələrindəki hərbi bazalarını bağlamaqla hədələmək lazımdır”.

Sədrin təklif olaraq bir neçə tələb də irəli sürüb ki, onlar aşağıdakılardır:

1- İslam və ərəb orduları hazır vəziyyətdə olmalıdır. Onlar bilməlidirlər ki, Qəzzə süqut etsə, onların da növbəsi olacaq.

2- Sionist düşmənə qarşı hərtərəfli iqtisadi boykot həyata keçirilməlidir.

3- Sionist düşmənə birbaşa və dolayı yolla neft göndərməsi dayandırılmalıdır.

4- İsrail səfirliklərinin bağlanması və normallaşmanın bütün ərəb və islam ölkələri üçün cinayət sayılmalıdır.

5- Sionistlərin iradəsinə zidd olaraq Qəzzəyə tibbi və həyati əhəmiyyətli yardımların çatdırılmalıdır.

6- İslam və ərəb ölkələrindəki hərbi bazaları bağlamaqla hədələməklə sionist quruluşa dəstək verən ölkələr, xüsusən də onun ən böyük dəstəkçisi olan Amerika sərt şəkildə təhdid edilməlidir.

7- İsrailə birbaşa və ya dolayısı ilə dəstək verənlərin səsi susdurulmalı və hər ölkədə tətbiq olunan qanunlar çərçivəsində cəzalandırılmalıdır.

8- İslam və ərəb xalqlarından eyni vaxtda Qəzzaya etiraz etmələrini və qəddar etirazçıların qarşısını almağa çalışanlara qarşı durmalarını xahiş edirik.

9- Xüsusilə Fələstinli məhbuslarla bağlı danışıqlar fayllarında Fələstinin qanuni mübarizəsinə dəstək verilməlidir.

10- Düşmən sionist varlığı cinayətkar elan edilməlidir.

Sədr tələblərin yerinə yetirilmədiyi təqdirdə fərqli mövqe sərgiləyəcəklərini vurğulayıb.