45 il sonra İran və Misir prezidentləri ilk dəfə görüşüb

45 il ərzində ilk dəfə İran və Misir prezidentləri bir araya gəlib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi ilə misirli həmkarı Əbdülfəttah Sisi arasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda görüş keçirilib.

Qəzza hadisələrinin gündəmdə olduğu görüşdə prezidentlər İran və Misir arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd ediblər.

Qeyd edək ki, sonuncu dəfə iki ölkənin liderləri 1979-cu ildə görüşüb.