Pakistanda neft zavoduna hücum olub, ölən və yaralananlar var

Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində neft şirkətinin zavoduna silahlı hücum nəticəsində 2 polis əməkdaşı həlak olub, 3-ü yaralanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə «Xinhua» agentliyi məlumat yayıb.

Məlumata görə, ən azı 20 silahlı yaraqlı zavoda girməyə cəhd göstərib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Ərazidən uzaqlaşan yaraqlıların hər hansı qruplaşmaya aid olub-olmadıqları araşdırılır.