Növbəti ölkə - CAR da diplomatlarını İsraildən geri çağırır

Cənubi Afrika Respublikası (CAR) bütün diplomatlarını məsləhətləşmə üçün İsraildən geri çağıracağını açıqlayıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə CAR Prezident Administrasiyasının başçısı Xumdudzo Ntsaveni bildirib.

Məlumata görə, rəsmi Yohannesburq Qəzza zolağında baş verənlərdən narahat olduğuna işarə edir.