Entoni Blinken Ankaradadır

ABŞ dövlət katibi Entoni Blinken və onu müşayiət edən heyətini Ankaraya gətirən təyyarə dünən gecə saat 23.58-də Esenboğa hava limanına eniş edib.

Blinkeni Esenboğa hava limanında ABŞ-ın Ankaradakı səfiri Ceffri Flake, Xarici İşlər Nazirliyinin Amerika üzrə ikitərəfli siyasi məsələlər üzrə baş direktoru səfir Yaprak Balkan, Ankara valisinin müavini Namık Kamal Nazlı və bir çox rəsmi şəxslər qarşılayıblar.

Xarici işlər naziri Fidan ilə həmkarı Blinken arasında sabah keçiriləcək rəsmi görüşlərdə Qəzzadakı vəziyyət, regional məsələlər və ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.