QMİ Gürcüstana yeni nümayəndələr təyin edib

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Gürcüstana yeni nümayəndələr təyin edib.

Aktual.ge xəbər portalının əldə etdiyi məlumata görə, Rustavi şəhər sakini, ilahiyyatçı Məhəmməd Şəmilov və Dmanisi sakini, ilahiyyatçı Sabir Musayev bu vəzifəyə təyin olub.

Belə ki, Məhəmməd Şəmilov İdarənin şiə qolunu, Sabir Musayev isə sünni qolu üzrə nümayəndəsidir.

Müvafiq məlumatı xəbər portalımıza gənc gənc ilahiyyatçıların özləri də təsdiq edib.

"Bir neçə gün əvvəl təyinatım baş tutdu. Allah qoysa yaxın günlər də bu barədə ətraflı məlumatda veriləcək" , - deyə Məhəmməd Şəmilov qeyd edib.

"Beş, on gün əvvəl QMİ-nin Gürcüstan sünni qolu üzrə nümayəndəsi olaraq təyin olundum, yaxın vaxtlarda ətraflı məlumat veriləcək" , - deyə Sabir Musayev bildirib.

Məlumat üçün bildirək ki, 1988 il təvəllüdlü Məhəmməd Şəmilov, Rustavi 7 saylı ictimai məktəbini bitirib. Gürcüstandakı İmam Əli və İmam Rza adına mədrəsələrdə dini təhsil alıb. Tbilisi Açıq Tədris Univeristetinin kriminalistika fakulətəsini də bitirib. 1990-cı il təvəllüdlü Dmanisi Bələdiyyəsinin Hamamlı kənd sakini Saibr Musayev isə Bakı İslam Univeristetinin ilahiyyat fakultəsinindən məzun olub. Hazırda Tbilisidə yaşayır.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Axund Hacı Əli Əliyev icra edirdi. QMİ-nin açıqlamasına görə, o, bu ilin əvvəlindən Gürcüstan nümayəndəsi deyil.