İraq Nücabə hərəkatının rəhbərindən Nəsrullahın çıxışı ilə bağlı açıqlama

İraq Nücəbə İslami Müqavimət Hərəkatının İrandakı nümayəndəliyinin informasiya mərkəzi Livan Hizbullahının baş katibi Həsən Nəsrullahın çıxışından sonra İraq Nücəbə İslami Müqavimət Hərəkatının baş katibi Şeyx Əkrəm Əl-Kəbinin mesajını dərc edib. Mesajda deyilir:

“Cənab Seyid Həsən Nəsrullaha sınıq qəlblərimizi sakitləşdirən düşüncəli açıqlamalarına görə təşəkkür edirik. Eynilə, ağıllı bir qərar qəbul edərək qanuni və cəsarətli əməliyyata başlayan bütün cəsur mücahidlərə və İraq müqavimətinin liderlərinə təşəkkür edirik.

  Fələstin və Livandakı qardaşlarımızı əmin edirik ki, onları müşayiət etmək üçün əməliyyatın mərkəzində vuruşan İraqdakı qardaşları Allahın izni ilə tam hazırdırlar, döyüşü davam etdirməyə qadirdirlər və bütün əməliyyatı əhatəli şəkildə işıqlandırırlar.

İraq müqaviməti, İraq və Suriyada İŞİD kimi qrupları məğlub etməyə müvəffəq olmuş xüsusi quru qoşunları ilə sizinlə çiyin-çiyinə sionistləri məğlub etməyə və Məscidül-Əqsada zəfər namazı qılmağa hazırıq. Bunun baş verməsi üçün qiymətləndirmənizi və qərarınızı gözləyirik.

  Biz onu da vurğulayırıq ki, Amerika işğalçıları ilə başlayan mübarizə İraqın hərtərəfli azad edilməsindən başqa bitməməlidir. Çünki aldadıcı və xain düşmənə qarşı aparılan kampaniya tərəflərdən birinin yaşaması və varlığı uğrunda gedən müharibəyə çevrilib. Amma Allahın köməkliyi ilə, geri addım atmayan, zillətə boyun əyməyən ağıllı, bacarıqlı, cəsur rəhbərlərin olması sayəsində onlardan əsər-əlamət qalmayacaq.

2011-ci ilin uğurlarından çox da uzağa getməmişik. Məhz müqavimətin sabitliyi işğalçıları məğlubiyyət və uğursuzluq yükünü zillətlə daşımağa məcbur etdi. Bu gün müqavimət güclənir, amerikalılar zəifləyir və bu müharibə, şübhəsiz ki, qəhrəman döyüşçülər üçün yaxşı zəfər olacaq.”