Pakistanda partlayış törədilib, ölənlər var

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Pakistanda partlayış nəticəsində azı 5 nəfər ölüb

Pakistanın şimalında törədilən hücumda polis qüvvələrinin hədəf alındığı bildirilib.

Polis rəsmisi Məhəmməd Adnan bildirib ki, partlayış Dera İsmayıl Xan şəhərində patrul vəzifəsini icra edən təhlükəsizlik qüvvələrinin yaxınlığında baş verib.

Xilasetmə qrupunun üzvü Aizaz Mehmud partlayış nəticəsində 5 nəfərin öldüyünü, 21 nəfərin də yaralandığını qeyd edib.