Azərbaycan çempionatında "Zəfər turu" başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.

Unikal xəbər verir ki, “Zəfər turu”nun açılış matçında "Səbail" "Turan Tovuz"u qəbul edəcək.

"ASCO Arena"da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası

XII tur

19:00. “Səbail” – “Turan Tovuz”
Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Cəmil Quliyev, Rauf Allahverdiyev.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“ASCO Arena”

Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.