İranın xarici işlər naziri BMT-nin Baş katibi ilə görüşüb

Cenevrədə səfərdə olan İran xarici işlər naziri Hüseyn - Əmir Abdullahian BMT Baş katibi Antonio Quterreşlə görüşüb.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bu barədə İran hökumət kabinetinin saytında məlumat verilib.

Müzakirələrin konstuktiv keçdiyini bildirən İran hökuməti görüşdə müxtəlif regional və beynəlxalq məsələlər, o cümlədən Yəmən, Ukrayna, insan haqları məsələləri, regional sabitlik və yaxınlaşma prosesinin gücləndirilməsi ilə bağlı inkişafın müzakirə olunduğunu bildirib.
"Tərəflər, həmçinin texniki fikir ayrılıqlarının aradan qaldırılması üçün İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında əməkdaşlıqla bağlı son vəziyyəti və AEBA rəsmilərinin Tehrana səfərini müzakirə ediblər".