Ermənistan Qarabağa yeni yol çəkməyi planlayır

Ermənistan Qarabağa yeni-3-cü yol çəkmək fikrindədir.
 
 Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu haqda danışıb.
 
Bu barədə "Azadlıq.org" məlumat yayıb.
 
Məlumata görə, bu məqsədlə bu yaxınlarda Xankəndinə gedib, yeni yol da daxil olmaqla strateji infrastruktur layihələrini müzakirə ediblər.
 
Qriqoyanın sözlərinə görə, artıq 2020-ci ildə150 kilometrədək yeni yolun çəkilişinə başlamaq planlaşdırılır. Plana əsasən, bu yol Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Xocavənd rayonunu birləşdirməlidir.
 
Qeyd edək ki, Hazırda Ermənistanla Qarabağı Azərbaycanın Kəlbəcər və Laçın rayonlarından keçən iki yol birləşdirir.
 
Bu məlumatı Qarabağdakı separatçı rejimin sözçüsü David Babayan da təsdiqləyib. O, əgər 2020-ci ildə çəkilişə başlasalar, yol 2-3 ilə hazır ola biləcəyini deyib.
 
Ermənistanın müdafiə nazirliyinin sözçüsü Artsurun Ovannisyan hazırda mövcud olan Qafan-Qarabağ yolu çox pis vəziyyətdə olduğundan nazirliyin ondan yalnız hərbi məqsədlər üçün istifadə etdiyini bildirib.
 
Ermənistanlı politoloq Akov Badalyansa deyir ki, yeni yol İranla əlaqə, həmçinin həmin ərazidə əhalinin yerləşdirilməsi baxımından da çox vacib layihədir.