Malidə BMT-nin iki sülhməramlısı minaya düşüb

RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, BMT missyiasının konvoyu Malidə minaya düşüb. 

Məlumatda bildirilir ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində BMT-nin iki sülhməramlısı həlak olub, bir necəsi isə ağır yaralanıb. 

Qeyd edək ki, BMT-nin Malidaki missiyası 2013-ci ilin aprel ayında təsis edilib.