“İsrail ilə Fələstin arasındakı ana fərqləri həll edə, dünyanı uzun müddətdir narahat edən problemlərin öhdəsindən gəlmək üçün hər iki tərəfin bir araya gəlməsini təmin edə biləcəyimiz bir nöqtədəyik”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib.
İsveçrədə keçirilən 49-cu Davos Dünya İqtisadi Forumuna video-konfrans vasitəsilə qatılan Pompeo ona ünvanlanan sualları cavablandırıb.
Fələstinlə İsrail arasında sülhün təmin edilməsi planına dair suala cavab verən dövlət katibi “Əsrin razılaşması” adı verilən layihəyə işarə edərək ABŞ prezidenti Donald Trampın kürəkəni Cerard Kuşner ilə beynəlxalq müzakirələr üzrə xüsusi təmsilçi Ceyson Qrinboltun məsələ üzərində birgə işlədiyini və sülhün təmin edilməsi üçün əhəmiyyətli addımlar atdığını bildirib. O qeyd edib ki, Fələstin və İsrail hansısa yollarla masaya oturmalıdır. ABŞ isə bu prosesdə tərəflər arasında yaxşı münasibətlərin qurulmasına çalışacaq.
Fələstinlə İsrail BARIŞIR - Davos Forumunda açıqlandı

Oxşar xəbərlər