İsrailin himayədarı olan ABŞ Qəzza müqavimətinin lideri Yəhya Sinvarı ələ keçirmək üçün intensiv səylər göstərir.
“The New York Times” öz xəbərlərində Yəhya Sinvarla bağlı xüsusi məlumat paylaşıb. Xəbərə görə, İsrail HƏMAS lideri Yəhya Sinvarın zənglərini tunellərin içindən ABŞ-ın dinləmə cihazlarının köməyi ilə izləyə bilib, lakin onun yerini tapa bilməyib.
Bundan əlavə, MKİ Sinvarın yerini müəyyən etmək üçün Qəzzada yeraltı nüfuz edən radarlar quraşdırmaq üçün xüsusi qruplarını işə salıb, lakin bu günə qədər uğur qazana bilməyib.
Xəbərdə Sinvarın müharibə başlayandan bəri bir dəfədən çox gizli şəkildə tunelləri tərk etdiyi, lakin tunellərə dönərkən diqqət çəkmədiyi bildirilib.
ABŞ rəsmiləri hesab edirlər ki, Sinvarın aradan qaldırılmasında əldə edilən uğur, Netanyahuya Qəzzada hərbi əməliyyatları dayandırmağa əsas verəcək.
New York Times: ABŞ-da yeni hədəf Yəhya Sinvardır