Binyamin Netanyahu müdafiə naziri oldu

Noyabrın 14-də İsrailin müdafiə naziri  Aviqdor Libermanın istefasından sonra onun vəzifəsini  hökumət başçısı Binyamin Netanyahu tutub. Tass-a istinadla verilən məlumata görə, İsraildə növbədənkənar seçkilərin keçirilməməsi üçün baş nazir eyni anda iki vəzifəni tutacaq.

«Təhlükəsizlik sahəsindəki vəziyyətlə əlaqədar  növbədən kənar seçkilərin keçirilməsi və mövcum hökuməti dağıtmaq məqsədə uyğun deyil. Ümidvaram ki, koalisiya müttəfiqləri  məsuliyyət göstərər və Nazirlər Kabinetinin istefasını tələb etməz», - deyə o, bəyan edib.