“Nardaran işi” üzrə saxlanılmış keçmiş siyasi məhbusa cinayət işi açıldı

“Nardaran işi” şərti ad altında həbs olunan daha bir inanclıya cinayət işi açılıb. 2015-ci il “Nardaran hadisələri” zamanı həbs olunan inanclı 2019-cu ilin martında əfv olunanraq azadlığına qovuşmuşdu. Aslanov Seymur Tərlan oğlu Maştağa kənd sakinidir. Seymur oktyabrın 10-da iş yerindən, Binəqədi rayon polis idarəsinin işçiləri tərəfindən saxlanılıb. Bir gün sonra barəsində cinayət məcəlləsinin (234.4.3.) narkotiklərlə bağlı maddəsi ilə cinayət işi başlanıb. O, hal-hazırda Kürdəxanı təcridxanasındadır.

Hüquq müdafiəçilərinin verdiyi məlumata görə ölkədə həbs olunan inanclıların sayı mini ötüb. Tam saxta ittihamlar irəli sürülən inanclıların ölkədə şiəlik əleyhinə hazırlanan layihə çərçivəsində həbs olunduğu bildirilir.