Müxalifətçi prezident İlham Əliyevi tənqid etdiyinə görə 30 sutka həbs edilib

Operativtv.com Turan-a istinadən xəbər verir ki, ictimai fəal Əmrah Təhməzov 30 sutka həbs edilib. Bu barədə bir həftə sonra məlum olub. Sosial şəbəkələrdə yayılan məlumata görə, Təhməzov Facebook-da prezident İlham Əliyevi Azərbaycan Xalq Cəbhəsi Partiyasının  fəalı Zamin Salayevi azad etməyə çağırdıqdan sonra həbs edilib. Bu statusda o, Əliyevi kəskin tənqid edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Əmrah Təhməzovun saxlanmasının səbəbi sosial şəbəkədəki statusla bağlı deyil. O, xuliqanlığa görə 30 sutka həbs edilib.