Müsəlmanların baş məscidinin imamı həbs edildi

Səudiyyə Ərəbistanı hakimiyyəti Məkkədəki Məscidül-həramın  imam-xətibi Şeyx Salih Əl -Talibi həbs edib. 
 
Bu haqda  “Əl-Cəzirə” telekanalı  “Tvitter”dəki “Vicdan məhbusları” qrupuna istinadla informasiya yayıb. Qəribədir ki, şeyxin həbsinə səbəb kimi onun son cümə xütbəsində  nalayiq davranışlar(munkarat) və belə hərəkətləri edənlərin ardınca getməmək  haqqındakı çıxışı göstərilir. 
 
Şeyx Əl-Talibin “Tvitter”də son mesajı bazar günü edilib. Burada din xadimi Ət-Tərviyə (Mina vadisində qalmaq, Ərəfə gününün başlanğıcı) günü ilə bağlı zəvvarlara  üz tutub  və özünün son cümə xütbəsinin bir hissəsinin video-yazısını da mesajına əlavə edib.
Xatırladaq ki, Səudiyyə Krallığında görkəmli ilahiyyatçı və təbliğçilərin qeyri-adi bəhanələrlə kütləvi həbsləri ötən ilin sentyabrından  başlayıb və bu günədək davam edir.