Statistik məlumatlara əsasən, son beş ildə təkcə üç ərəb ölkəsindən Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sayı 100 dəfədən çox artıb.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2012-ci ildə Səudiyyə Ərəbistanından Azərbaycana cəmi 380, BƏƏ-dən 551, İraqdan 917 nəfər gəlib.
İndi isə həmin dövlətlər üzrə 2017-ci ilin göstəricilərinə baxaq.
Beləliklə, ötən il Səudiyyə Ərəbistanından Azərbaycana 33 min 312 nəfər, BƏƏ-dən 102 min 498 nəfər, İraqdan 62 min 547 nəfər gəlib.
Ümumilikdə, Səudiyyə Ərəbistanından, BƏƏ-dən və İraqdan 2012-ci ildə Azərbaycana gələnlərin cəmi sayı 1 min 848 nəfər, 2017-ci ildə isə 198 min 357 nəfər olub. Bu isə 107 dəfə artım deməkdir.
Qeyd edək ki, ölkədə keçirilən beynəlxalq yarışlar, üstəlik, viza rejiminin sadələşdirilməsi nəticəsində son illər Azərbaycanda turizm bumu yaşanır.(oxu.az)
Azərbaycana gələn ərəblərin sayı 100 dəfə artıb

Oxşar xəbərlər