Avropa Birliyinə (AB) üzv 28 ölkənin hamısı, o cümlədən əlavə 8 dövlət bu gün keçiriləcək BMT-nin İnsan Haqları Şurasında Səudiyyə Ərəbistanına qarşı birgə addım atılmasını nəzərdə tutan sənədə imza atıb. FaktXəbər bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.
BMT-nin İnsan Haqları Şurasında bu gün oxunacaq bəyanatda rəsmi ər-Riyad Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı cinayəti səbəbindən hədəfə alınır.
Sənəddə Səudiyyə Ərəbistanındakı insan hüquqlarının kobud surətdə pozulması tənqid edilib. Səudiyyədə həbsdə olan aktivist və müxalif şəxslərin sərbəst buraxılması isə tələb kimi irəli sürülüb.
36 ölkə Səudiyyə Ərəbistanına qarşı birləşdi

Oxşar xəbərlər