Bu il Məkkədə Türkiyə, Avropa, Amerika və Avstraliyadan olan 230 mindən çox zəvvara xidmət göstərmək üçün 57 xidmətçi ofis fəaliyyət gösətərəcək. Bunu Türkiyə, Avropa, Amerika və Avstraliya müsəlmanlarının Motofan müəssisəsinin rəhbəri Tariq Ənqavi deyib.
Maide.Az xəbər verir ki,T.Ənqavi u müəssisənin xidmət göstərəcəyi hacılar Türkiyə, şərqi və qərbi Avropa, Amerika, Cənubi Amerika ölkələri, Kanada və Avstraliyadan olacaq. “Bu məqsədlə Məkkənin müxtəlif ərazilərində hacılara xidmət göstərmək üçün 57 dəftərxana fəaliyyət göstərəcək. Bu xidmətlər əsasən nəzarət, hacıların qarşılanması, bələdçilik, düşərgələrin salınması, xəstə, vəfat etmiş və ya itgin düşmüş hacıların işlərinin nəzarətə götürlməsi, onların təcili yardım maşınları ilə təmin edilməsi, əlil arabalarının verilməsi və maddi dəstəklər təşkil edir.”
Avropa, Amerika və Avstraliyadan olan hacılara Məkkədə 57 ofis xidmət göstərəcək
Oxşar xəbərlər