Səudiyyədə xəbərləri qadın aparıcı təqdim etdi

Səudiyyə Ərəbistanının rəsmi televiziya kanalında ilk dəfə ana xəbər bülletenini qadın aparıcı təqdim edib.

Xarici mediaya istinadla xəbər verilir ki, rəsmi “Əs-Suudiyyə”telekanalında Viam əd-Dahil adlı aparıcı tamaşaçıların qarşısına çıxıb. Qadın aparıcı televiziya kanalının və xəbər proqramının yeni mövsümdə ilk buraxılışının təqdimatı olduğuna görə verilişi həmkarı Ömər ən-Nəşvanla birgə aparıb.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında aparılan son islahatlar nəticəsində qadınlara avtomobil idarə etməyə, idman yarışlarını stadiondan izləməyə icazə verilib.