Avqust ayında Səudiyyə Ərəbistanına qar yağdı

Səudiyyə Ərəbistanının Xams-Mişit şəhərinə qar yağıb.

“Haber7.com” a istinadən xəbər verilir ki, şəhərdə başlayan leysan yağışları sonradan qara çevrilib. 

Səudiyyə Ərəbistanı üçün səciyyəvi olmayan bu hadisə çaşqınlığa yol açıb.

Şəhər əhalisi isə qarla örtülmüş küçələri çəkərək sosial şəbəkələrdə paylaşıb.