Bunu edən axund və imamlar cəzalandırılacaq

İftara qədər din xadimlərinin ehsan süfrələrində oturması haramdır, dinə ziddir.
 
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
 
A.Paşazadə din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıb. O qeyd edib ki, bu problem mövcuddur və bunun aradan qaldırılması ilə bağlı çağırışlar edilir: "Mən bir daha din xadimlərini bu məsələdə diqqətli olmağa çağırıram”.
 
Bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
 
Trend