Marneulidə Fələstinə dəstək aksiyası keçirilib

Marneuli Bələdiyyəsinin mərkəzi Hz.İmam Əli (ə) Məscidinin önündə cümə namazından sonra Fələstinə dəstək aksiyası keçirilib.

Operativtv.com Aktual.ge-yə istinadən xəbər verir ki, dəstək aksiyasında din xadimləri və inanclılar iştirak edib.

Aksiyada çıxış edən din xadimləri İsraili hücumlara görə qınayıb, Fələstin xalqına həmrəylik ifadə ediblər.

Təkbir şüarları ilə davam edən aksiyanı polis də müşahidə edib. Aksiyanın sonunda Gürcüstan hökumətinə, BMT və digər beynəlxalq qurumlara təqdim ediləcək bəyanamə oxunub.