Litva Rusiya taxılının idxalı və tranziti üzərində nəzarəti gücləndirib

Litva martın 18-dən ölkəyə Rusiyadan və digər yüksək riskli ölkələrdən idxal olunan yem taxılına nəzarəti gücləndirib.

Bu barədə Litvanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həm Litva bazarı, həm də Klaypeda limanı vasitəsilə ixrac üçün nəzərdə tutulan taxıl daşıyan hər bir vaqon və ya nəqliyyat vasitəsi yoxlanılacaq.

Qeyd edilib ki, yaxın gələcəkdə daha da sərt nəzarətlə bağlı yeni qərarlar qəbul ediləcək.

Hələlik yeni qaydalara əsasən, yalnız yem taxılı yoxlanılacaq, ərzaq taxılının yoxlanılması isə sonradan başlayacaq.

 

 

Report