Əli Şamxani İraqa səfər edib

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani son 10 gün ərzində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirdiyi regional diplomatik kampaniya çərçivəsində İraqa səfər edib.

Ali Milli Təhlükəsizlik Şurasının katibini bu səfərdə Mərkəzi Bankın rəhbəri, xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini və Körfəz ölkələri üzrə xarici işlər nazirinin köməkçisi müşayiət edir.

Milli Təhlükəsizlik Şurasının katibinin səfəri Şamxaninin iraqlı həmkarı Qasim əl-Arcinin dəvəti ilə həyata keçirilir. Şamxani iraqlı həmkarı ilə görüşməklə yanaşı, İraq hökumətinin yüksək səviyyəli siyasi və iqtisadi rəsmiləri ilə də görüşməyi planlaşdırır.

Görüş zamanı həmçinin bir neçə aydır üzərində işlənən təhlükəsizlik sahəsində əməkdaşlığa dair birgə sənəd iki ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən imzalanacaq.