Sosial media üzərindən paylaşımda inanclı Ceyhun Babaşovun fiziki işgəncəyə məruz qaldığı bildirilir. Məlumatda deyilir ki, inanclı, içtimai fəal Ceyhun Babaşov yeni köçürüldüyü Kürdəxana təcridxanasında fiziki təzyiqə məruz qalaraq qolu sındırılıb. Hal-hazırda inanclının ciddi xəsarət aldığı söylənilir.
Məlumatda bildirilir ki, Ceyhun Babaşovdan 11 gündür ki,ailəsi xəbər tuta bilməyib. Nəhayət yoldaşının çoxsaylı zənglərinə cavab olaraq, ötən gün o, bir neçə dəqiqə evlə danışdırılıb. Bununla belə ailə onun vəziyyətindən yetərli məlumat əldə edə bilməyib. Ceyhun çox qısa danışaraq telefonu qapadıb.
Ceyhun Babaşovun fiziki təzyiqə məruz qalması haqqında məlumatı Kürdəxanı təcridxanasından saxlanılan məhbuslar tərəfindən yayılıb.
Kürdəxana təcridxanasında olan inanclı Ceyhun Babaşovun fiziki işgəncə gördüyü bildirilir