“Kostyumlu övliya” kitabı işıq üzü gördü

İlahiyyatçı Hacı Şahin Həsənliyə ithaf olunan “Kostyumlu övliya” kitabı işıq üzü görüb. Yazıçı, psixoloq İlqar Kamil mərhum ilahiyyatçı haqqda yazığı kitaba bu gün Bakı Beynəlxalq Kitab sərgisində təqdimat mərasimi keçirilib.

Yazıçı ona aid sosial media üzərindən yayımlanan səhifəsində kitab haqqında aşağıdakı cümlələri qeyd edib:

“Çox kitab oxumaq insanın bilgisini üfüqi formada genişləndirir, yaxşı kitabları çox oxumaqsa şaquli formada. "Kostyumlu övliya" yaxşı kitablardandır.

 Həqiqət qabaqda deyil, dərindədir.”