Kocaelidən şıxan gəmi ilə İsrailin döyüş təyyarələrinə neft daşındığı iddia edilir

İsrailin Qəzzaya dünyanı şoka salan hücumları zamanı Chemical Contender adlı yük gəmisi gündəmə gəlib. Kocaelidən yola düşən və İsrailin Hayfa limanında lövbər salan gəminin yanacaq və kimyəvi maddələr daşıdığı iddia edilir.

İsrailin Fələstinə həftələrlə davam edən hücumları minlərlə müsəlman fələstinlinin ölümünə səbəb olub. ABŞ və NATO-nun qəti dəstəyi ilə dəstəklənən İsrail rəhbərliyi bütün dünya ictimai rəyini oyatmış hücumlarında geri addım atmır.

Başda Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğan olmaqla AKP iqtidarının öndə gedən simaları İsrailə çox sərt sözlərlə reaksiya verərək Netanyahunun beynəlxalq məhkəmələrdə mühakimə olunmasına rəhbərlik edəcəklərini bəyan ediblər. Lakin Qəzzaya bombalar yağmağa davam edərkən, bu gərginlik İsraillə ticari əlaqələrə təsir etməyib.

İsraillə dəniz ticarətinin ən böyük mərkəzlərindən biri olan Hayfa limanında lövbər salan Chemical Contender adlı yük gəmisi bu əlaqələrin bariz nümunəsidir. Yanacaq və kimyəvi maddələr daşıdığı bildirilən gəmi noyabrın 7-də Kocaelinin Çolakoğlu limanından yola düşüb və noyabrın 9-da Hayfa limanına gəlib.