Çin, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) banklarının ABŞ-ın ikinci dərəcəli sanksiyalarından ehtiyatlandıqları səbəbindən Rusiya şirkətləri xam neft və yanacaq ödənişlərində bir neçə aylıq gecikmələrlə üzləşiblər.
“APA-Economics” xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.
Məlumata görə, Çin, BƏƏ və Türkiyədəki bir sıra banklar son həftələrdə sanksiyalara uyğunluq tələblərini sərtləşdirib, nəticədə Moskvaya pul köçürmələrinin gecikməsi və hətta rədd edilməsinə səbəb olub.
Qeyd olunur ki, ABŞ-ın ikinci dərəcəli sanksiyalarına ehtiyatla yanaşan banklar öz müştərilərindən ABŞ-ın SDN (Special Designated Nationals - xüsusi müəyyən edilmiş vətəndaşlar – red.) siyahısından heç bir şəxs və ya qurumun sövdələşmədə iştirak etmədiyi və ya ödənişin benefisiarı olmadığına dair yazılı zəmanət vermələrini xahiş etməyə başlayıblar.
“Reuters“in mənbələrə istinadən verdiyi məlumata əsasən, BƏƏ-də “First Abu Dhabi Bank” (FAB) və “Dubai Islamic Bank” (DIB) bankları Rusiya mallarının ticarəti ilə əlaqəli bir neçə hesabla işini dayandırıb. BƏƏ-nin “Mashreq bankı”, Türkiyənin “Ziraat” və “Vakıfbank”ı və Çin ICBC və “Bank of China” bankları hələ də ödənişləri emal edir, lakin onların işlənməsi həftələr və ya aylar çəkir.
KİV: Türkiyə, BƏƏ və Çin bankları Rusiya neftinin ödənişlərini gecikdirir