KİV: İsrail hərbçilərindən Azərbaycan və Gürcüstanı dərhal tərk etməyi tələb edib

İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda öz hərbçilərinə Azərbaycan və Gürcüstanda qalmağı qadağan edib.

Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Məlumata görə, ordu rəhbərliyinin əmrinə əsasən, hazırda hərbi xidmətdə olan və hər hansı səbəbdən Cənubi Qafqazın bu iki ölkəsinə səfər etmiş İsrail vətəndaşlarına dərhal İsrailə qayıtmaq əmr olunub.

Bunun səbəbi kimi Gürcüstan və Azərbaycanın İrana yaxın olması və bu ölkələrdə İran vətəndaşlarının yaşaması, həmçinin, Azərbaycanın İranla ümumi sərhədinin olması göstərilib.