KİV: Bu ölkə Gürcüstan üzərindən Ermənistana hərbi texnika göndərir

Fransanın hərbi texnikası Gürcüstan üzərindən Ermənistana doğru gedir.

Aktual.ge xəbər verir ki, bu barədə Azərbaycanın “Caliber” nəşri etibarlı mənbələrinə istinadən görüntülü məlumat yayıb.

"Fransanın Ermənistana göndərdiyi hərbi texnika Gürcüstan ərazisindən Gürcüstan-Ermənistan sərhədinə doğru hərəkət edir. Xüsusilə də bu gecə Gürcüstanın Poti limanına Ermənistan Silahlı Qüvvələri üçün nəzərdə tutulan “Acmat” şirkətinin istehsalı olan Fransanın çoxməqsədli “Bastion” zirehli texnikası yola salınıb. “Bastion” üçün komponentlər də göndərilib - göndərən Fransanın “ARQUUS” şirkətidir",- məlumatda deyilir.

Nəşr qeyd edir ki, Gürcüstan uzun müddət Fransa silahlarının Ermənistana tranzitindən imtina etsə də, indi görünür, rəsmi Tbilisi buna icazə verib.