Keçmiş Ağ Ev rəsmisi Vaşinqtonun Yaxın Şərqdə “Müharibə Planı”nı ifşa etdi

Keçmiş Ağ Ev rəsmisi Paul Craig Roberts bəyan edib ki, ABŞ Yaxın Şərqdə yeni müharibələri alovlandırmaq üçün İsrail-Fələstin münaqişəsini genişləndirmək istəyir.

ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hakimiyyəti dövründə Ağ Evdə çalışmış Pol Kreyq Roberts şəxsi internet saytında dərc olunan məqaləsində ABŞ-ın Yaxın Şərqdə yeni müharibələrə təkan verəcəyini bildirib.

Neokonların (yeni mühafizəkarların) Yaxın Şərqdəki müharibələri yenidən alovlandırması üçün ABŞ-ın İran və Suriyanı müharibəyə cəlb etməyi hədəflədiyini qeyd edən Roberts, bölgəyə çoxlu sayda Amerika əsgəri, silah və hava gücünün transferinin vurğulayıb. Bununla da Vaşinqtonun Yaxın Şərqdəki niyyətlərini ortaya qoyur.

Bununla belə, Yaxın Şərqdə münaqişənin genişlənmə riskinin yüksək olduğuna da diqqət çəkən Roberts, "Görünür, heç kim ağıllı səslərə qulaq asmır. Yəni münaqişənin nəzarətdən çıxmasına heç bir maneə yoxdur" deyib.