Jurnalisti küçənin ortasında döyüb öldürdülər

Meksikanın Syudad Viktoriya şəhərində jurnalist Ektor Qonsales amansızcasına döyülərək qətlə yetirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tamaulipas ştatının baş prokurorluğu məlumat yayıb.   

Məlumata görə,  “Imagen” media qrupunun jurnalisti küçənin ortasında qətlə yetirilib. Naməlum şəxslərin ona çoxlu sayda zərbə endirdiyi bildirilir.   

Polis hadisənin səbəbləri və təfərrüatlarını müəyyənləşdirir.  

Qeyd edək ki, Meksikada 20017-ci ildə 12, bu ilin əvvəlindən isə artıq 6 jurnalist öldürülüb.  2010-cu ildən bu vaxtadək Meksikada 76 reportyor qətlə yetirilib.