“The Jerusalem Post” qəzetinin yazdığına görə, İsrailin xüsusi xidmət orqanları baş nazir Binyamin Netanyahuya, müdafiə naziri Yoav Qallanta və ŞABAK təhlükəsizlik xidmətinin rəhbəri Ronen Bara qarşı sui-qəsd planının qarşısının alıblar.
Qəzetin sentyabrın 19-da ŞABAK təşkilatına istinadən yaydığı xəbərdə bu planın İran tərəfindən hazırlandığı qeyd olunur. Bu qəsddə əsas rolu 73 yaşlı israilli biznesmen Moti Makman oynamalıymış. Hazırda Makman həbs edilib və ona qarşı rəsmi ittiham irəli sürülüb.
Xəbərdə həmçinin bildirilir ki, uzun müddət Türkiyədə yaşamış Makman iranlı və türkiyəli biznesmenlərlə sıx maliyyə əlaqələrinə malikdir. O bu ilin may və avqust aylarında iki dəfə İranda olub. İddia edilir ki, ikinci səfəri zamanı İran rəsmiləri ona İsrailin rəhbərlərinə qarşı sui-qəsd hazırlamağı təklif ediblər.
İsrailin rəhbərlərinə qarşı sui-qəsd hazırlandığı bildirilir