Fələstin mediası bazar günü un daşıyan yük maşınlarının dörd aydır yardımsız qalan bölgələrə paylanmaq üçün Qəzzanın şimalına çatdığını bildirib. Bu, anklavda aclıq və Qətərdə İsraillə HƏMAS arasında atəşkəs danışıqlarının davam etdirildiyi bir vaxta təsadüf edir.
Media və sakinlər bildiribki, şənbə günü 12 yük maşınından ibarət karvanın altısı Qəzza şəhərinə və altısı Cəbəliya qaçqın düşərgəsinə çatıb.
HƏMAS-a bağlı media orqanı bildirib ki, yardım Qəzzada güclü klanların liderlərinin daxil olduğu "Xalq Komitələri" qruplaşması tərəfindən paylanıb. HƏMAS-ın mənbəyi bildirib ki, marşrut HƏMAS-ın təhlükəsizlik qüvvələri tərəfindən qorunub.
Yardım agentlikləri xəbərdarlıq edib ki, Qəzza artıq aclıqla üzləşib. Şimaldakı xəstəxanalar uşaqların aclıq və susuzluqdan öldüyünü bildirir.
HƏMAS-ın idarə etdiyi Qəzzada səhiyyə orqanlarının məlumatına görə, İsrailin Qəzzada hərbi kampaniyası zamanı 31 500-dən çox fələstinlini öldürüb.
İsrailin gecə boyu keçirdiyi hücumda Qəzza zolağının mərkəzindəki Deyr əl-Balahdakı bir evdə 12 nəfər ölüb.
İsrailin bəyan etdiyi müharibənin məqsədi HƏMAS-ı yer üzündən silməkdir. İsrail bunun yalnız Qəzzanın digər bölgələrindən düşərgələrə axın edən mülki vətəndaşlar üçün nisbətən təhlükəsiz sonuncu yer olan Misirlə sərhəddə yerləşən Rəfaha hücumla əldə edilə biləcəyini bildirib.
İsrailin Qərb müttəfiqləri mülki insanları müdafiə edə bilməyəcəyi təqdirdə, Rafaha hücum etməmək barədə xəbərdarlıq ediblər. Lakin baş nazir Benyamin Netanyahunun ofisi cümə günü onun hücum planlarını təsdiqlədiyini bildirib.
Almaniya kansleri Olaf Şolz bazar günü İordaniya Kralı Abdulla ilə İordaniyada danışıqlardan sonra bildirib ki, belə bir hücum nəticəsində çoxlu sayda mülki insan itkisi regionda sülh əldə edilməsini "çətinləşdirəcək".
Qətərdəki atəşkəs danışıqları ilə tanış olan mənbənin Reuters agentliyinə verdiyi məlumata görə, İsrailin Mossad kəşfiyyat agentliyinin rəhbəri Qətər, Misir və ABŞ ilə danışıqlarda iştirak edəcək nümayəndə heyətinə qatılacaq.
HƏMAS keçən həftə İsrail girovları və fələstinli məhbusların mübadiləsi də daxil olmaqla yeni atəşkəs təklifi təqdim edib.
Netanyahu artıq bu təklifin “qeyri-real tələblərə” əsaslandığını bildirib.
Amerikanın Səsi
İsrail və HƏMAS atəşkəsi nəzərdən keçirərkən Qəzzanın şimalına yardım çatdırılıb