İsrail əsgərindən daha bir vandallıq aktı; Əsgər Qurani-Kərimi oda atdı

İsrail əsgəri Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqində dağıdılmış məscidə daxil olaraq Qurani-Kərimi yaxınlıqda yanan alovun içinə atıb.

İsrail ordusunun Givati ​​briqadasının tərkibindəki Rotem 435 batalyonuna bağlı olduğu bildirilən İtzhak Buznah adlı əsgər sosial media hesabında Qurani-Kərimi atəşə atdığı anların görüntülərini paylaşıb.

Dəqiq nə vaxt çəkildiyi müəyyən edilə bilməyən və sürətlə sosial mediada yayılan görüntülər böyük əks-səda doğurub.

Reaksiyalardan sonra Buznahın İnstaqram hesabındakı profil şəklini sildiyi və hesabını kilidlədiyi müəyyən edilib.

Xatırladaq ki, İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 15 min 103-ü uşaq və 9 min 849-u qadın olmaqla 35 min 709 fələstinli şəhid olub, 79 min 990 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.